İştirakın üstünlükləri
Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur.
İxtisaslaşdırılmış sərgi bütün sənaye sahələrinin nümayəndələri üçün bir görüş məkanıdır və burada demək olar ki, məhdudiyyətsiz imkanlar təklif olunur. Alıcıya daha yaxın olmaq – uğurun əsas strateji amillərindən biri hesab olunur və bu, həm beynəlxalq, həm də yerli bazarda əsas mövqelərdən birinə çevrilmişdir.
Sərgidə iştirak etməyin digər bir üstünlüyü isə daimi müştərilərlə əlaqələrin qorunub saxlanmasıdır.
Sərgi ekspozisiyalarında aparılan araşdırmalar göstərir ki, sərgilərin təqdim etdiyi məhsullar digər vasitələrlə müqayisədə alış-veriş qərarına altı dəfə daha çox təsir edir və hər hansı reklam elanından fərqli olaraq daha yadda qalan olur.
Sərgidə iştirak etməyin üstünlükləri təkcə hədəf auditoriyanı deyil, həm də KİV və dövlət strukturlarının diqqətini cəlb etməkdən ibarətdir.
Bununla yanaşı, digər vasitələrlə müqayisədə daha az xərclə daha çox sayda hədəf qrup üzvü ilə görüşmək və onlarla yüksək keyfiyyətli əlaqələr qurmaq mümkündür.
Sərgilərin daha bir mühüm üstünlüyü – potensial müştəri və təchizatçı arasında təkbətək ünsiyyət sayəsində birbaşa satış imkanının olmasıdır.
Ümumi sərgi xərclərinin sərginin ziyarətçi sayına bölünməsi nəticəsində yaranan orta dəyər isə digər reklam növləri ilə müqayisədə xeyli aşağıdır.
Ümumilikdə, sərgilər iştirakçılarına aşağıdakı üstünlükləri təqdim edir:
• Sərgi və yarmarkalarda özünü təqdim etmək vasitəsilə hədəf auditoriya ilə əlaqə qurmaq, digər reklam kanalları ilə müqayisədə daha sərfəlidir.
• Sərgidə öz əlaqə şəbəkəsini qurmaq daha asandır – çünki burada həm siz, həm də potensial müştəriləriniz və rəqibləriniz neytral bir məkanda yerləşirsiniz.
• Sərgilər yeni məhsullara olan tələbatı öyrənmək və rəqiblərin fəaliyyətini təhlil etmək üçün ideal məkandır.
• Yeni xarici bazarlara çıxmaq, diler şəbəkəsi formalaşdırmaq və bu istiqamətdə effektiv dəstək almaq üçün sərgilər faydalıdır.
• Yeni məhsulları yerində və birbaşa nümayiş etdirmək imkanı təqdim edir.
• KİV nümayəndələrinin sərgidə iştirakı PR materiallarının hazırlanmasını və bu sahədə işin həyata keçirilməsini asanlaşdırır.
• Sərgidə iştirak edərək, qısa müddət ərzində bazarın geniş hissəsini əhatə etmək mümkündür.
• Sərgilər istehsalçıları, pərakəndə və topdansatış şirkətlərini, təchizatçıları bir araya gətirərək yeni əlaqələrin qurulması üçün rəqabətqabiliyyətli bir platforma yaradır.
• Sərginin keçirildiyi müddət ərzində həmin ərazidə və onun ətrafında ən yaxşı intellektual və maddi resurslar cəmlənir.